“Everton” “Fənərbağça”nın futbolçusunu istəyir
14.01.2026 , 17:00
İngiltərənin “Everton” klubu “Fənərbağça”nın futbolçusu Yusuf En-Nesirini icarə əsasında heyətinə qatmaq istəyir.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, satınalma hüququ ilə birlikdə təklif olunan məbləğ 20 milyon avrodur.
Mərakeşli hücumçu cari mövsümdə komandasının heyətində 25 oyuna çıxıb və 8 qol vurmaöı bacarıb.