“Arsenal”ın futbolçusu Cek Uilşir karyerasını Liverpul şəhərində davam etdirə bilər. Bu barədə Mirror nəşri məlumat verib.
Mənbənin iddiasına görə, “Everton” klubu yayda Uilşiri transfer etmək istəyir. İngilis futbolçunun “Arsenal” ilə olan müqavilə müddəti mövsüm sonu başa çatır. Bundan istifadə etmək istəyən “Everton” yarımmüdafiəçini azad agent kimi heyətinə cəlb etmək düşünür.
“Topçular” Uilşirə yeni müqavilə təklif edib. Yeni sazişin şərtlərinə görə oyunçu həftəsinə 100 min avro qazanacaq. Bu isə hazırki məbləğdən azdı. Gənc oyunçu cari mövsümdə həftəsinə 124 min avro qazanır. “Everton” tərəfi Uilşirə hər iki məbləği üstələyəcək şərtləri olan müqavilə təklif etməyi düşünür. Belə olduğu halda, Uilşirin yayda komandasını dəyişmək ehtimalı real görünür.
