“Everton” baş məşqçisini göndərdi
17.01.2022 , 18:43

“Everton” baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi 61 yaşlı mütəxəssisi istefaya göndərdiyini bildirib.
Qeyd edək ki, “Everton” 9 matçdan sonra 15-ci yerdədir.
