“Everton” baş məşqçini göndərdi
09.01.2025 , 23:30
“Everton”da ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi baş məşqçi Şon Dayçla yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Everton”u müvəqqəti olaraq klubun 18 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Leyton Beyns çalışdıracaq.