“Everton” 3 futbolçunu göndərdi
26.06.2020 , 18:23

“Everton” üç futbolçusunu göndərir.
Korner.az xəbər verir ki, klub futbolçular – Baye Umar Nyasse, Kuko Martina və Lyuk Qarbatt ilə yollarını ayıracaq. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
İyunun sonunda onlarla başa çatacaq müqavilə yenilənməyəck. Futbolçular azad agent kimi klubdan ayrılacaq.
