Evdə iki məğlubedilməz
31.03.2020 , 16:02

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə yalnız iki komanda öz meydanında uduzmayıb.
Korner.az xəbər verir ki, bunlar turnir cədvəlinin liderləri “Qarabağ”la “Neftçi”di. Paytaxt təmsilçisi evdə ən çox xal toplayan komandadı. Lakin “ağ-qaralar” Ağdam təmsilçisi ilə müqayisədə bir oyun çox keçirib.
Paytaxt təmsilçisi evdə ən çox qol vurmaq, əyalət klubu ən az top buraxmaqla diqqət çəkir. Öz meydanında 3-cü göstərici “Keşlə”yə məxsusdu. Evdə ən az xal toplayan komanda “Sabah”dır. Lakin hesabında 8 xal olan paytaxt klubu geri qaldığı “Səbail” və “Qəbələ”dən bir oyun az keçirib.
