big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Ev və səfər qolunun önəmi yoxdur” – “Gent”in baş məşqçisi

17.02.2023 , 00:49

“Matçın 0:0 bitməsini istəmirdim. Bərabərsəviyyəli oyun getdi. “Qarabağ” qədər bizim də şansımız oldu. İlk 20 dəqiqə epizodlarımız var idi. Fikirləşirdim ki, fasiləyə qalib yollanacağıq. İkinci hissədə “Qarabağ” oyuna daha hazır çıxdı. Əvəzetmələr oldu və fərq yaratdılar. Bizdə isə 100 faiz hazır olmayanlar var idi. Penalti qərarı doğru deyildi. Hakimlə VAR arasında danışığı da eşitdim. İstəyərdim ki, daha yaxşı hesabla Belçikaya gedək. Hələ də növbəti mərhələyə adlamaq şansımız qalıb. Əlimizdən gələni edəcəyik”.

Korner.az xəbər verir ki, bu sözləri “Gent”in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-offunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

O, cavab matçındakı şansları haqda bunları söyləyib: “Evdə, doğma azarkeşlər qarşısında oynamaq bizim üçün şansdır. “Qarabağ”ın ehtiyatı yaxşıdır. Oyuna daxil olandan sonra fərq yarada bilirlər. Ev və səfər qolunun önəmi yoxdur. Ya gərək oyunu uzatmalara aparaq, ya da iki qol vurub qalib gəlib, növbəti mərhələyə adlayaq. Şansımız var, sona qədər mübarizə aparacağıq”.

Mütəxəssis Ağdam təmsilçisinin onları təəccübləndirib-təəccübləndirmədiyi ilə bağlı deyib: “Bizim üçün böyük sürpriz qapıçı seçimi oldu. Gözləyirdik ki, gənc qapıçı olacaq. Çünki son matçlarda o oynayırdı. “Qarabağ”ın hər oyunçusunun özünə görə fərdi ustalığı var. Onlar güclü ehtiyat oyunçular skamyasına sahibdirlər. Hər futbolçu oyunu dəyişə bilər. “Qarabağ”ın 11 yox, 25-30 yaxşı futbolçusu var”.

Qeyd edək ki, “Qaabağ”la “Gent” arasındakı cavab görüşü fevralın 23-də Belçikada olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son yazılar

To Top