Ev oyununu azarkeşsiz keçirəcəklər
03.04.2025 , 15:10

AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən “Sheki City” komandasını cərimələyib.
Korner.az xəbər verir ki, bölgə təmsilçisinin azarkeşləri “Şahdağ Qusar”la matçın 55-ci dəqiqəsində rəqib oyunçulara kənar əşyalar atıblar.
Klub buna görə 80 manat ödəməli olacaq. Fanatlar futbolçuların ünvanına təhqiramiz ifadələr də işlədiblər. Bu hal ikinci dəfə təkrarlandığı üçün “Sheki City” 50 manat ziyana düşüb.
Bundan əlavə, təhlükəsizlik düzgün təmin olunmadığından, bölgə təmsilçisi əlavə 400 manat da ödəyəcək. Komandanın növbəti ev oyunu isə azarkeşsiz keçiriləcək.
