big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Eurovision” mahnı müsabiqəsi zamanı Bakını televizordan görmüşdüm” – MÜSAHİBƏ

30.01.2013 , 10:40

Azerisport.az sizi “Rəvan”ın yeni transferi Miloş Adamoviç klubun rəsmi saytına müsahibə verib.

– İlk öncə rəsmi müqavilə ilə əlaqədar səni təbrik edirik. Hansı hisslər keçirirsən?
– Özümü xoşbəxt sayıram. Karyeramda yeni səhifə açılır. Mənə etimad göstərdiyinə görə rəhbərliyə və şəxsən baş maşqçi Ramil Əliyevə minnətdaram. Onların etimadını artıqlamasıyla doğrultmağa çalışacam.

– Eyni zamanda yeni komandanda artıq qol hesabını açdığına görə də təbrik düşür…
– Təbriklərə görə sağ olun. Deyim ki, mənə doğma mövqe dayaq yarımmüdafiəçisidi. Bu üzdən karyeramda elə də çox qol vurmamışam. Sadəcə, bu mənim vəzifəm deyildi. Ancaq “Qaradağ”la oyunun ikinci hissəsində bir qədər irəlidə, hücumçunun arxasında çıxış etdim. Belədə hücumlara daha çox qoşula bilirdim. Qol epizodunda mənə əla ötürmə verən Sumaya da minnətdaram.

– “Rəvan”dakı gələcəyini necə görürsən?
– İnşallah hər şey yaxşı olacaq. Müqavilə müddəti 1,5 illik olsa da, burda daha çox qala biləcəyimi hiss edirəm. Gərək məşqlərdə üzərimdə səylə çalışıb komandaya yardım etmə qabiliyyətimi daha da artırım. Əlbəttə, futbolda uzunmüddətli plan qurmaq olmur. Ancaq “Rəvan”da hər şeyin mənim üçün uğurlu olacağını hiss edirəm. Artıq cari mövsüm komandaya tam uyğunlaşmaq istəyirəm.

– Komanda cari mövsümdə ilk “altılığ”a düşə biləcək?
– Bir qədər çətin sualdı. Son matçlardakı uğursuzluqlar komandanı xeyli geri salıb. İlk “altılığ”a düşmək mümkün, amma çox çətindi. Ən azından ikinci “altılığ”ı yüksək yerlərdə bitirmək lazımdı. Məncə, indidən gələcəyin komandasını qurmaq vacibdi. Cari mövsüm avrokuboklara vəsiqə qazanmasaq belə, ruhdan düşmək lazım deyil. Növbəti mövsümdən isə əvvəlcə ilk “altılıq”, ardınca da avrokuboklar uğrunda mübarizə aparmaq olar.

– Təxminən 2 il əvvəl Moldova “Şerif”inin heyətində Avropa Liqasının qrup mərhələsində iştirak etmisən. “Rəvan”ı o turnirdə nə vaxt görə bilərik?
– Bildiyim qədəriylə komandamız təzədi. 3-4 ildi yaradılıb. Uğur birdən-birə olmur. Bunun üçün səylə çalışmaq lazımdı. Klub rəhbərliyinin yürütdüyü siyasətə baxanda perspektiv görürəm. Yəni bir az səbr etmək lazımdı. Məncə, yaxın 1-2 ildə Azərbaycanda heç bir klubdan zəif olmayacağıq.

– Fiziki hazırlıq üzrə yeni məşqçimiz barədə nə düşünürsən?
– Hazırda “Benfika”da çıxış edən Nemanya Matiçlə Serbiyanın U-21 millisindən tanışam. Matiç “Koşitse”də olarkən Svitskinin məşqlərini görüb. Ondan bu haqda soruşanda məşqçini yalnız təriflədi. Elə mən də onun təxminən bir həftədi keçdiyi məşqlərə əsasən yalnız tərif söyləyə bilərəm.

– Maraqlıdı, bura gələnə qədər kimdənsə məsləhət almısan?
– Hə. Klubdan zəng vurub maraqlanandan sonra mən də dostlarım, tanışlarımla əlaqə saxladım. Nemanya Vidakoviçi çoxdan tanıyırdım. Ona zəng elədim. “Rəvan”a gəlməyimi məsləhət gördü. Veseliko Trifunoviç isə yaxın dostumdu. O, mənə birbaşa məsləhət gördü ki, Azərbaycana get, orda futbol inkişaf edib, Qazaxıstandan çox yaxşıdı.

– Bakıda olduğun müddət ərzində paytaxtımız haqqında hansı fikirdəsən?
– Əslində “Eurovision” mahnı müsabiqəsi zamanı Bakını televizordan görmüşdüm. Ancaq bu dərəcədə gözəl olduğunu anlamamışdım. İndi sanki Dubaydayam. Mən bir neçə il əvvəl Birləşmiş Ərəb Əmirliklərində olmuşam. Ona görə də elə-belə müqayisə eləmirəm. Bir-iki kəlməylə belə deyərdim: kiçik Dubayda yaşayacam.

– Ümumiyyətlə, bura gələnə qədər Azərbaycan futbolu barədə məlumatın var idi?
– Bəli, xəbərim var idi. Avroliqanın qrup mərhələsində “Partizan”ın “Neftçi” ilə oyunlarına baxmışam. Özü də Belqraddakı matçı stadiondan canlı izləmişəm. Saşa Stamenkoviçi də azdan-çoxdan tanıyıram. O da bir neçə dəfə bu barədə Serbiya mətbuatına danışıb. Müsahibələrində, açıqlamalarında deyib ki, Bakıda normal yaşamaq olar. Azərbaycanda futbol inkişaf edib. Bir sözlə, burda gözəl şərait var, oynamağa dəyər. Azərbaycan futbolu, çempionatı barədə az-çox məlumatım var idi.

– Dedin ki, “Partizan” – “Neftçi” oyununu canlı izləmisən. Bu necə oldu?
– “Partizan”da Vladimir Volkov adlı futbolçu var. O yaxın dostumdu. Onunla həm OFK-da, həm də “Şerif”də bir yerdə çıxış etmişik. Volkova zəng edib oyuna gəlməyimə yardım etməsini istədim. O da sağ olsun, sözümü yerə salmadı.

– Deyəsən, serb futbolçuların əksəriyyəti ilə bu və ya digər dərəcədə əlaqən, münasibətin var?
– Təbii ki, hə. Ümumiyyətlə, həmkarlarımla söhbətə həmişə açığam. İmkan tapanda bütün tanışlarla zəngləşir, görüşürük.

– Bəs vaxtilə səninlə bir komandada oynamış, ində isə bütün dünyada tanınan hansı futbolçular var?
– Branislav İvanoviç, Aleksandr Kolarov, Slobodan Raykoviçi göstərə bilərəm. Hamısıyla OFK-da çiyin-çiyinə çıxış etmişəm. Düzdü, İvanoviç mən əsas komandaya təzə-təzə dəvət alarkən Moskvaya getdi. Ancaq təlim-məşq toplanışlarında bir yerdə olurduq. Kolarov və Raykoviçlə isə eyni komandada meydana çıxmışam.

– Səncə, Serbiya milli komandası DÇ-2014-ün final mərhələsinə vəsiqə qazana biləcək?
– Çətin sualdı. Qrupdakı vəziyyət heç də ürəkaçan deyil. Sinişa Mihayloviç baş məşqçi olan kimi heyəti dəyişməyə başlayıb. Bu üzdən futbolçular arasında anlaşma səviyyəsi aşağıdır. Onların bir-birinə alışması isə vaxt aparacaq. Bu üzdən mundialla bağlı xəyallar qurmağa dəyməz.

– Bəs DÇ-nin əsas favoriti kim olacaq?
– Yəqin ki, yenə İspaniya dominantlıq edəcək. Braziliyanı da xüsusi qeyd edərdim. Ev sahibi kimi ikinci faciə yaşamaq istəmirlər.

– Öz mövqeyində çıxış edən futbolçular arasında kimi ən güclü sayırsan?
– Xavini. O, sadəcə, möhtəşəm futbolçudu.

– Hansı klubun vurğunusan?
– “Milan”ın.

– “Barselona”, yoxsa “Real Madrid”?
– Mən “Real”ı seçərəm. “Barsa”nın oyun üslubu nədənsə xoşuma gəlmir.

– Messi, yoxsa Kriştiano Ronaldo?
– “Real”ı seçdiyimə görə Ronaldo deməliyəm də (gülür).

Son yazılar

To Top