Rusiyanın "Anji" klubunun futbolçusu Samuel Eto`O ölkəsində dərc olunan “Je Wanda” jurnalına maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, kamerunlu hücumçu vətəni Kamerunda onu öldürmək istədiklərini bildirib.
"Kamerun Futbol Federasiyasının rəhbərləri mənə hücum etmək, hətta öldürmək istəyirlər. Güvənliyim üçün polisə müraciət etmişəm. Daim polisin nəzarətindəyəm. Biri həmişə qapımın qarşısında dayanır. Bunu özümü kiməsə göstərmək üçün deyil, öz təhlükəsizliyim üçün edirəm", – deyə o qeyd edib.
Eto`O bildirib ki, federasiya ona millinin formasını verməyib və məcburiyyətdən formanı sponsor şirkətin özündən alıb. mağazadan Məşhur futbolçu federasiya rəhbərliyinin ölkə xaricində forma geyinən kamerunlu futbolçuların transfer haqlarından pul tutduqlarını da əlavə edib.
Qeyd edək ki, Eto'O və 10 komanda yoldaşı zədəli olduqlarını bəhanə edərək Kamerunun ötən həftə Tanzaniyayla oynadığı yoxlama oyununa gəlməmiş, hətta Afrika Millətlər Kubokunda da yığmaya kömək etməmişdilər.