Rusiya Premyer Liqa klublarından olan "Anji"nın formasını geyinən Samuel Eto'O keçmiş klub yoldaşı Lionel Messiyə tərif yağdırıb.
Korner.az-ın məlumatına görə, Eto'O Messini tanrı adlandırıb:
"Messi insan deyil, o bir tanrıdır. "Ümid edirəm ki, O Argentina ilə birgə Dünya kubokunu qazanacaq. Onun üçün hər şeyin ən yaxşısını diləyirəm, çünki o çox yaxşı insandır".
Messi ilə bir xatirəsini yada salan Eto'O bunları deyib:
"O sadəcə futbolda deyil, normal həyatda da bir dahidir. Bir gün pis oynamışdım və kefim yox idi. Sadəcə o məni gördü və arxamca soyunma otağına gəldi, üzündə bir gülümsəmə var idi".
