“Çelsi»nin hücumçusu Samuel Etoo İtaliyanın “İnter” klubuna qayıda biləcəyini istisna etməyib.
Korner.az-ın məlumatına görə, hücumçu “Çelsi”nin azarkeşlərini də alqışlayıb.
Xatırladaq ki, Samuel Etoo 2009-2011-ci illərdə “İnter”in şərəfini qoruyub. İndi isə o, komandadan təklif gözləyir: “Moratti geriyə dəvət etsə, niyə də qayıtmayım? Mən bilirəm ki, “İnter”in yeni prezidenti Erik Toxirdir. Amma Moratti də əvvəlki kimi komandanın strukturundadır”.
Etoo “Qalatasaray”la oyun barəsində də danışıb: “Erkən qol səbəbindən oyun bizim üçün asan oldu. Mən “Çelsi” azarkeşlərinin Didye Droqbanı yaxşı qarşılamalarına çox şadam. O, London klubu üçün çox şey edib. Ona uğurlar arzulayıram”.
