“Sampdoriya” klubunun baş məşqçisi Sinişa Mixayloviç Samuel Eto`Onun üzr istədiyini bildirib.
Korner.az-ın məlumatına görə, kamerunlu futbolçu etdiyi hərəkətdən peşman olub. İtalyan mətbuatına inansaq, Eto`O Mixayloviçdən əfv diləyib və məşqlərə geri dönüb. Təcrübəli mütəxəssis:
“Samuel məndən üzr istədi və məşqlərə normal qaydada davam edir. O, hazırda istənilən formada deyil, lakin hər gün çalışır. Düşünürəm ki, Samuelin komandamıza köməyi dəyəcəyək”, – fikirlərini səsləndiirb.
Xatırladaq ki, Mixayloviç komandaya cəza məqsədi ilə bir gündə iki dəfə məşq keçib. Lakin veteran futbolçu buna etiraz edərək ikinci məşqdə iştirak etməmişdi.
