Kamerunlu ulduz futbolçu Samuel Etonun “Antalyaspor”a keçidi artıq rəsmiləşmək üzrədi.
Korner.az-ın məlumatına görə, futbolçu artıq müqavilə imzalamaq üçün Antalyaya gəlib.
Bu barədə Türkiyə mətbuatında fotolar yayılıb.
Hələ ki, Eto ilə bağlanacaq mümkün müqavilənin detalları haqqında məlumat verilmir. Qeyd edək ki, Eto ötən mövsüm İtaliyanın “Sampdoriya” klubunda çıxış edib.
