Mahaçqalanın "Anji" klubunda çıxış edən “Barselona”nın sabiq futbolçusu Samuel Eto`O İspaniyada həbs təhlükəsi ilə üzləşib. Korner.az-ın məlumatına görə, kamerunlu hücumçu 2006–2009-cu illərdə İspaniya xəzinəsindən 3,5 milyon avro gizlədib.
"Barsa"nın sabiq futbolçusuna bu pullar Kataloniya klubu və “Puma” şirkətindən verilib. Forvardın özü bəyannamələrində vəsaiti Macarıstan və İspaniyada yerləşən firmalardan aldığını bildirib. Məqsəd isə vergi ödənişlərini azaltmaqdan ibarət olub.
Qeyd edək ki, günahı sübuta yetirilsə, Eto`O-nu 1 ildən 5 ilədək həbs gözləyir.
