“Antalyaspor”un baş məşqçisi Yusuf Şimşək “Sampdoriya”nın forvardı Samuel Eto və Meksikanın “Keretaro” klubundan ayrılan Ronaldinyonun keçidini bu həftə həll edəcəklərini açıqlayıb.
Korner.az-ın məlumatına görə, gənc mütəxəssis “TRT Spor”da yayımlanan “Futbol Günlüğü” proqramına belə danışıb:
“Sampdoriya” ilə kiçik bir problem qalıb. O, böyük ehtimalla bu gün Türkiyəyə gələcək. İtaliya klubu ilə problemin həll olunacağını düşünürəm. Ronaldinyo isə çərşənbə və ya cümə axşamı Türkiyədə olacaq. Uçuş bileti də artıq alınıb”
