Eto istefa vermək istədi, ancaq…
06.02.2024 , 12:19
Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto postundan getmək istəyib.
Korner.az-ın məlumatına görə, “Barselona”nın sabiq üzvü istefa etdiyini açıqlasa da, federasiyanın İcraiyyə Komitəsi (İK) bu qərarı qəbul etməyib.
Eto Kamerun millisinin Afrika Millətlər Kubokundakı zəif çıxışından sonra belə bir qərara gəlsə də, İK bu qərarı rədd edib.