Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubunun prezidenti Ali Şafak Öztürk afrikalı futbolçu Eto haqqında açıqlama verib.
Korner.az-ın məlumatına görə, komandanın səhər məşqini izləməyə gələn klub prezidenti mətbuat nümayəndələrinin suallarını cavablandırarkən bu açıqlamanı verib: “Etoya heç bir klubdan təklif gəlməyib. Özü isə komandadan getmək niyyətində deyil. O, klubda qalacaq”.