Futbol

Estoniya – Latviya matçında azərbaycanlı hakimlər

09.10.2019 , 19:27

FİFA referisi Rauf Cabarov təyinat alıb.

Korner.az xəbər verir ki, referi 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də keçiriləcək Estoniya – Latviya qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim Elçin Məsiyev olacaq.

Son yazılar

Yuxarı