Essyen bütün dövrlərin rəmzi komandasında
09.09.2019 , 19:30

“Səbail”in futbolçusu Maykl Essyen Afrikada bütün dövrlərin rəmzi komandasına düşüb.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi “The Sun” nəşrinin tərtib etdiyi “11-lik”də yer alıb.
Qapıçı: Vinsent Enyeama (Nigeriya)
Müdafiəçilər: Lukas Radebe (CAR), Samuel Kuffur (Qana), Riqober Sonq (Kamerun)
Yarımmüdafiəçilər: Maykl Essyen (Qana), Yaya Ture (Kot dİvuar), Sadio Mane (Seneqal), Məhəmməd Salah (Misir)
Hücumçular: Didye Droqba (Kot dİvuar), Samuel Eto`O (Kamerun), Corc Vea (Liberiya)
Qeyd edək ki, Essyen bu ilin martında “Səbail” ilə 1,5 illik müqavilə bağlayıb.
