Essyen əfsanələr sırasında
03.09.2019 , 23:42
“Səbail”in futbolçusu Maykl Essyen FIFA-2020-də əfsanələr sırasında yer alacaq.
Korner.az xəbər verir ki, Zinəddin Zidan, Didye Droqba, Andrea Pirlo, Ronald Kuman, Yan Rayt, Karlos Alberto Torres, Con Barns, Uqo Sançes, Yan Raş, Qarrinça, Kafu, Kenni Dalqliş, Kaka, Tim Keyhill, Pep Qvardiola, Canluka Zambrotta və digər veteranlar da əfsanələr arasında olacaq.
Qeyd edək ki, Maykl Essyen ötən mövsümdən “Səbail”də çıxış edir.