“Araz Naxçıvan”ın Premyer Liqadakı iştirakını dayandırmasından sonra bir neçə futbolçu işsiz qalıb.
Korner.az-ın məlumatına görə, işsiz qalan futbolçulardan olan Eşqin Quliyev hal-hazırda “Rəvan” klubu ilə məşq edir. O, bir neçə müddətdir ki, bu klubun düşərgəsindədir. Ehtimal olunur ki “Rəvan” 24 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalayacaq.
