“Espanyol”un sabiq məşqçisi koronavirusdan vəfat etdi
23.03.2020 , 19:42
“Espanyol”un sabiq qapıçısı və məşqçisi Benito Xoanet dünyasını dəyişib.
Korner.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Benitonun 84 yaşında koronavirusdan vəfat etdiyi bildirilib. Bir neçə ay əvvəl isə Xoanet insult keçiribmiş.