“Espanyol”un futbolçusu rəsmən “Bavariya”da
05.10.2020 , 10:41

“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Münhen klubu “Espanyol”un yarımmüdafiəçisi Mark Rokanı transfer edib.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Bavariya” bu transfer üçün bonuslar nəzərə alınmadan 15 milyon avro ödəyib.
Qeyd edək ki, Roka “Espanyol”da keçirdiyi 121 oyunda 6 qol vurub.
