İspaniya La Liqasının 24-cü turunda “Espanyol” “Osasuna”nı qəbul edib.
Korner.az-ın məlumatına görə, “Espanyol” inamlı qələbə qazanıb.
Matçın 17-ci dəqiqəsində “Espanyol”un futbolçusu Felipe Kayisedo hesabı açıb. 46-cı dəqiqəsində Joze Manuel Curado hesab arasındakı fərqi 3 topa çatdırıb. Qarşılaşmanın 90-cı dəqiqəsində Cerard Moreno “Espanyol”un 3-cü qolunu vurub. Yekun hesab: “Espanyol” 3-0 “Osasuna”
Bu nəticədən sonra “Espanyol” 35 xalla 8-ci sıradadır. “Osasuna” isə 10 xalla sonuncu sırada qərarlaşıb.
