Ervin Kuman: “Tanrı Ali Koçu cəzalandırdı”
25.02.2019 , 20:08

“Fənərbağça” klubunun sabiq baş məşqçisi Ervin Kuman klubun hazırki prezidenti Ali Koç barədə maraqlı açıqlamalar verib.
Ersun Yanalın gəlişi ilə istefaya göndərilən Kuman Ali Koç barədə bunları deyib:
“Ali Koç çox yaxşı prezidentdir. Hər kluba belə düşüncəli prezident mütləq lazımdır. Ancaq əsəbi olduğu vaxt onu tanımaq olmur. Yaxşı yadımdadır ki, Akhisarspor ilə görüşdən sonra bizi cəzalandırmaq üçün İstanbula avtobus ilə gedəcəyimizi deyib, özü təyyarə ilə getmək istədi. Həmin gün güclü duman olduğu üçün onlar bizdən çox gec gəldi. Tanrı Ali Koçu cəzalandırdı”.
Qeyd edək ki, Ervin Kuman Filip Kokunun gedişindən sonra müvəqqəti olaraq baş məşqçinin funksiyalarını yerinə yetirirdi.”
