Ersun Yanalı o əvəzlədi
23.04.2023 , 15:32
“Alanyaspor”un yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı Ömər Ərdoğana tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Ərdoğan bu postda bir neçə gün əvvəl istefaya göndərilən Ersun Yanalı əvəzləyib.
“Alanyaspor” Super Liqada 13-cü sıradadır.