“Ersgebirge” Nazarovsuz uduzdu
26.10.2020 , 10:24

Almaniya II Bundesliqasında V turun oyunları keçirilib.
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Bohum”a uduzub – 0:2.
Nazarov bu matçın iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
5 turdan sonra 7 xala malik “Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
