Erol Bulut “Antalyaspor”dan ayrıldı
17.12.2025 , 20:54
“Antalyaspor” rəhbərliyi baş məşqçi Erol Bulutla əməkdaşlığı dayandırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərar son turda “Qalatasaray”a 1:4 hesabı ilə uduzduqdan sonra verilib. Rəhbərlik Buluta göstərdiyi xidmətlər üçün təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Bulut oktyabr ayında komandaya rəhbərlik etməyə başlayıb və 10 oyunda 3 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət əldə edib.