“Neftçi”nin futbolçusu Ernest Nfor “Böyük oyun”la bağlı fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, “Simurq”la matçda 2 qol vuran hücumçu “Xəzər Lənkəran”la görüşə 3 xal üçün getdiklərini deyib:
“Xəzər Lənkəran” qış fasiləsində bir qədər də güclənib. Üstəlik evdə, doğma azarkeşlərinin gözləri önündə oynayacaqlar. Amma bizim də öz hədəflərimiz var və buna görə də bütün oyunlara qələbə üçün çıxırıq. Lənkərana da qələbə dalınca gedirik”.
