Ermənistan yığmasında baş məşqçi istefası
18.10.2019 , 18:47
Ermənistan milli komandasının baş məşqçisi Armen Gyulbudaqyants istefa verib.
Korner.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Gyulbudaqyantsın istefa verməsinə səbəb, Ermənistan millisinin AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmamasıdı.
Gyulbudaqyants 2018-ci ildən Ermənistan millisini çalışdırırdı.