Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi
21.11.2019 , 21:14
Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanezyan istefa verib.
Korner.az xəbər verir ki, o, ölkənin
milli komandasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İtaliyaya 1:9 hesablı məğlubiyyətinə görə postundan gedib.
O, istefasını belə izah edib: “Kimsə bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürməli idi. İstefa verdim və İcraiyyə Komitəsi də bunu qəbul etdi”.
Yeni prezidentin seçkisi dekabrın 23-nə nəzərdə tutulub.