Ermənistanın növbəti Su-25 təyyarəsi vuruldu
18.10.2020 , 13:36

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
