Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə vuruldu
09.10.2020 , 16:53

Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək, 20 kilometrdən artıq hündürlükdə məhv edilib.
Korner.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
