“Rio-2016″da qadınlardan ibarət qılıncoynatma yarışında Rusiya yığmasının üzvü Yana Yeqoryan olimpiya çempionu tituluna sahib olub.
Korner.az-ın məlumatına görə, erməni əsilli idmançı finalda öz həmyerlisi Sofiya Velikayanı məğlub edib (15:14).
Yana Yeqoryanın məşqçisi müstəqil Azərbaycanın qılıncoynatma tarixinin ən titullu üzvü olan Yelena Jemayevadı. Jemayevanın həyat yoldaşı İlqar Məmmədov Rusiya qılıncoynatma yığmasının baş məşqçisidi. İlqar Məmmədov Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun oğludur.
