Ermənistan Futbol Federasiyası FİFA-ya şikayət ərizəsi yazıb.
Korner.az– ın məlumatına görə, DÇ-2014-ün seçmə oyunları çərçivəsində Bolqarıstana 0:1 hesabı ilə məğlubiyyətdə hakimi günahkar görən ermənilər FİFA-ya bununla bağlı müraciət ediblər.
Şikayətdə bildirilib ki, hakim oyunu qərəzli idarə edib.
Qeyd edək ki, i sveçrəli baş hakim Ştefan Ştuder Ermənistan millisinin iki futbolçusunu – Markos Pitselli ilə Gevorq Kazaryanı qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb.
