İran çempionatının son turunda “Traktor Sazi” səfərdə “Paykan”ın qonağı olub.
Korner.az-ın məlumatına görə, qarşılaşma Təbriz klubunun qələbəsi ilə yekunlaşıb – 2:0.
Qollardan birinin müəllifi Edinyo olub. Qol sevincini azarkeşlərlə bolüşən futbolçu maykasının üzərində “Yaşasın Azərbaycan” sözlərini sevinclə hər kəsə göstərib. “Traktorsazi”nin şərəfini qoruyan erməni futbolçu Andranik Teymuriyan da Edinyonu qucaqlayaraq təbrik edib.
