Erməni futbolçu Bakıya gəlməyəcək
01.10.2018 , 16:34

“Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan “Qarabağ”la Avroliqanın qrup matçı üçün Bakıya gəlməyəcək.
ESPN media qurumu bildirib ki, erməni futbolçu Azərbaycana səfərlə əlaqədar xüsusi müraciət etməyib: “O özü müraciət edə bilərdi, lakin ailəsi təhlükəsizlik məsələsini əsas gətirərək buna qarşı çıxıb”.
ESPN-in jurnalist Mattias Karen özünün Tvitter səhifəsində yazıb: “Mənə verilən xəbərə görə, Mxitaryan Bakıya səfər etməyəcək. Bu, futbolçunun Ermənistanla Azərbaycan arasındakı münaqişəyə görə öz seçimidir. Əgər “Arsenal” Bakıda keçiriləcək Avropa Liqasının finalına vəsiqə qazansa, bu məsələ yenidən müzakirə olunacaq”.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun “Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. London klubunun Azərbaycana oktyabrın 3-ü gələcəyi gözlənilir.
