Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Henrix Mxitaryan Bundesliqanın 10-cu turunun oyunçusu seçilib.
Korner.az-ın məlumatına görə, erməni futbolçu Bundesliqanın saytında keçirilən sorğuda 58 faiz səslə birinci olub.
Onu 19 faizlə “Bavariya”lı Mario Mandzukiç və “Mayns-05”-in hücumçusu Sinzi Okazaki (12 faiz) izləyir.
Qeyd edək ki, Mxitaryan sonuncu tur çərçivəsində “Şalke-04”-ə qarşı keçirilən oyunda (3:1) komandasının iki qolunun ötürməsini vermişdi.