Erlinq Haaland: 17 oyunda 27 qol
06.11.2025 , 22:15
Norveçli ulduz forvard Erlinq Haaland mövsümdəki məhsuldarlığını davam etdirir.
Korner.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Çempionlar Liqasının liqa mərhələsində “Borussiya Dortmund”la keçirilən oyunda 29-cu dəqiqədə fərqlənib.
Bu qol onun mövsümdəki ümumi göstəricilərini daha da yüksəldib. Haaland həm klub, həm də Norveç milli komandasının heyətində çıxış etdiyi 17 matçda 27 qol vurub.
24 yaşlı futbolçu Çempionlar Liqasında da tarixi məhsuldarlıq nümayiş etdirir. O, indiyə qədər turnirdə keçirdiyi 52 qarşılaşmada 54 qola imza atıb.