Eriksen: “Mouranın heykəli qoyulmalıdır”
09.05.2019 , 10:46

“Ayaks” ilə görüşdə 3:2 hesablı qələbə qazanaraq finala adlayan “Tottenhem” klubunun futbolçusu Kristian Eriksen komanda yoldaşı Lukas Mouranı tərifləyib.
Möhtəşəm qələbə qazandıqlarını qeyd edən danimarkalı oyunçu Moura ilə bağlı xoş sözlər deyib.
“Bu, inanılmazdır. Biz sonuna qədər mübarizə aparıb, qələbə qazandıq. Düşünürəm ki, Lukas Mouranın heykəli qoyulmalıdır.”
Qeyd edək ki, “Tottenhem” Çempionlar Liqasının finalında “Liverpul”a rəqib oldu
