Eriksen “İnter” üçün Milana gəldi
27.01.2020 , 17:50

“Tottenhem”in futbolçusu Kristian Eriksen karyerasını İtaliyada davam etdirəcək.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi “İnter”ə keçəcək.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Eriksen tibbi müayinədən keçmək üçün bu gün Milan şəhərinə gəlib.
“İnter” yaxın zamanda Eriksenin transferini rəsmən açıqlayacaq.
