Eriksen İngiltərə klubundan ayrılır
18.03.2025 , 18:53

Kristian Eriksen bu yay “Mançester Yunayted”dən ayrılacaq.
Korner.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, müqavilə müddəti yayda başa çatacaq olan danimarkalı yarımmüdafiəçinin İngiltərə komandasından gedəcəyi qeyd olunub.
33 yaşlı futbolçu bu mövsüm 27 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.
