“Biz “Bakı” ilə oyunun çətin olacağını bilirdik. Lakin stadiona gələn azarkeşlərin böyük dəstəyi bizi daha da ilhamlandırdı”. Korner.az-n məlumatına görə, bu sözləri “Mura” klubunun üzvü Erik Yantsa deyib.
Avroliqanın ilk mərhələsində “Bakı”nı mübarizədən kənarlaşdıran Sloveniya təmsilçisinin futbolçusu daha sonra bunları deyib:
“Bakı” hücum edir, biz qol vururduq. Fasilədə qərara gəldik ki, ikinci hissədə də müdafiə olunmaqda davam edək. Əks-hücumlarla müşayiət olunan intizamlı oyun göstərək. MOİK “Bakı”dan daha güclüdür. Amma biz onlardan da qorxmuruq. Çünki biz ürəklə oynayırıq. Bu yolla onları da təəccübləndirməyə çalışacağıq”.
