Dünya Futbolu

Erik ten Haq: “Mənim “Ayaks” ilə işlərim var”

15.05.2019 , 22:14

Yeni mövsümdə “Ayaks” klubundan ayrılması ehtimal olunan Erik ten Haq ilk dəfə bu barədə danışıb.

Hollandiyalı çalışdırıcı hazırki klubu ilə müqaviləsinin olduğunu qeyd edib: “Adımın “Barselona”, “Çelsi”, “Bavariya” kimi klublarla anılması məni qürurlandırır. Lakin hazırda mən “Ayaks” klubunun baş məşqçisiyəm. Yeni mövsümün hazırlıqlarına başlamışıq və ayrılmağı düşünmürəm.”

Qeyd edək ki, Erik ten Haq 2017-ci ildən “Ayaks” klubunun sükanı arxasındadır.

Son yazılar

Yuxarı