“Neftçi”nin sabiq futbolçusu Erik Ramosun yeni klubu müəyyənləşib.
Korner.az-ın xəbərinə görə, paraqvaylı futbolçu karyerasını vətənində davam etdirəcək. Onun sabiq klubu “Rubio Nu” ilə bir illik müqavilə imzaladığı bildirilib.
Xatırladaq ki, E.Ramos müqaviləsi başa çatdığı üçün “Neftçi”ni ötən mövsüm yekunlaşandan sonra tərk edib.
