Sabah keçiriləcək "Neftçi" – "Çixura" oyunundan öncəs mətbuat konfransı keçirilib.
Korner.az-ın məlumatına görə, konfransa "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev və futbolçusu Erik Ramos iştirak edib. Erik Ramos da Böyükağa Hacıyev kimi rəqibin oyununu "Koper"in oyununa bənzədib:
"Rəqibin oyunundan xəbərim yoxdu. Sadəcə "Bursaspor"la oyunu izləmişəm. Fikrimcə, gürcülərin həmin oyunda bəxti gətirdi. Oyun tərzi "Koper"in futboluna oxşayır. Sabahki oyun vedə qələbə qazanmaq baxımından çox önəmlidi. Samir Məsimov rəqiblə iki dəfə oynayıb. Birində uduzub digərində heç-heçə edib. Türklərin qisasını almaq istəyirik"