Erik Qarsiya “Barselona”da qalacaq
12.12.2025 , 09:00
“Barselona”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi müdafiəçi Erik Qarsiya ilə sözləşmənin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı oyunçunun yeni kontraktı 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Erik Qarsiya “Barselona”nın yetirməsi kimi bu mövsüm 22 qarşılaşmada meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.