“Barselona” ilə müqaviləsi bitən Erik Abidal gələcək karyerası haqqında danışıb.
Korner.az-ın məlumatına görə, fransalı futbolçu bir çox klubdan təklif aldığını, lakin karyerasını ilk oynadığı komandada – “Monako”da bitirmək arzusunda olduğunu deyib:
“Hazırda çoxsayda tıəklif var. Karyeramı “Monako”da bitirməyi çox istəyirəm. İspaniyada qala, ya da PSJ-ə də transfer oluna bilərəm. Amma ilk seçimim hər zaman “Monako” olacaq”.