Eren Elmalı İstanbul derbisində oynamayacaq
26.11.2025 , 20:56
Türkiyə Futbol Federasiyasının (TFF) Arbitraj Məhkəməsi “Qalatasaray”ın müdafiəçisi Eren Elmalının mərc oyunları səbəbindən aldığı cəza ilə bağlı qərarını açıqlayıb.
Korner.az xəbər verir ki, futbolçu 45 gün müddətinə oyunlardan kənarlaşdırılıb və onun apellyasiya şikayəti rədd edilib.
Nəticədə Elmalı dekabrın 1-də “Fənərbaxça” ilə keçiriləcək İstanbul derbisində iştirak edə bilməyəcək.
Qeyd edək ki, Peşəkar Futbol İntizam Komitəsi daha əvvəl Eren Elmalı və bir neçə digər futbolçunun mərc fəaliyyəti səbəbindən oyunlardan kənar qalmasına qərar vermişdi.